Beginner English
Beginner English- hələ İngilis dilində danışıq və ya qrammatik bilgisi olmayan dil biliyi səviyyəsidir. Bu mərhələdə məktəbimizin tələbələri İngilis dilini sıfırdan öyrənərək, mükəmməl danışıq və qrammatik səviyyəyə çatdırılır. Müəllimlərimiz tələbələrə anlayışlı, səbrli və dost olaraq yanaşır. Tələbələr ABŞ, Kanada və Böyük Britaniya təhsil proqramları ilə ilk addımlarını atır. Artıq 1 ayın sonunda, tələbə rahatlıqla özü haqqında, dərsləri haqqında və qrup yoldaşları ilə dialoq qura bilir. Bütün dərs ləvazimatları komanda tərəfindən tərtib olunur. Bu dərslərdə, müəllimlər qrammatikaya və tələfuzə diqqət yetirirlər. Beginner English səviyyəsi ən başlanğıc səviyyədir və ilk addımlarınızda attığınız addımlar professionallar tərəfindən təltib olunduğunda, daha sonra sırada olan dil biliyi mərhələləri asanlıqla uğurla nəticələnir. Dərslərimizdə müəllimlərimiz keçirilən proqramlara uyğun əşyalardan istifadə edərək, sizin zehninizə toxunacaqdır. Bildirdiyimiz kimi, psixoloqlarımızın araşdırması nəticəsində, mərkəzimizdə BAX GÖR TOXUN HİSS ET və ZEHNƏ HƏKK ET metodikalarından istifadə olunur. Həftədə 4 dəfə, hər dərs 90 dəqiqə davam edəcəkdir. Hər həftənin sonunda, həftə ərzində keçirilən mövzu haqqında, kinoteatr otağımızda alt sətirli filmlər izləniləcəkdir. Filmlər, sizin beyninizə həkk olunması üçün əvvəldən bir neçə Professorlar tərəfindən təhlil olunmuş filmlərdir. Filmə eyni səviyyədə olan bütün siniflər qatılacaqdır. Bu o deməkdir ki, siz həm yeni dostlar əldə edəcəksiniz, həm vitaminli, zehnə təsir edəcək şirələrdən içərək müəllimlərlə birgə film izləyəcəksiniz. Filmin sonunda, müəllim tələbələrlə film haqqında diskussiya edəcəkdir və növbəti həftə üçün, yeni ev tapşırığı veriləcəkdir