Kurs IELTS imtahanından keçmək istəyən, lakin hələ əsas kursda oxumaq üçün kifayət qədər biliklərə sahib olmayan tələbələr üçün nəzərdə tutulmuşdur. Proqram dil səviyyəsini yüksəltməyə yönəlib ki, gələcəkdə tələbə heç bir çətinlik olmadan imtahana hazırlıqın əsas kursuna keçsin. Yetkinlər üçün Pre-IELTS Kursu orta səviyyəyə qədər qrammatika, lüğət, oxu, dinləmə, danışma və yazıdan ibarət ümumi İngilis dili məlumat bazasını özündə cəmləşdirir. Dərslər beynəlxalq standartların tədris planına uyğun olaraq, IELTS mətnlərini oxumaq və gələcəkdə bir esse yazmaq üçün zəruri olan lüğət (Akademik İngilis dünyaları) ilə aparılır.
Məşqlərinizin mümkün qədər təsirli olması üçün hər cür şərait yaratdıq, lakin istənilən halda nəticə həm də sizin səylərinizdən asılıdır! Daimi ev tapşırığı, əlavə ədəbiyyat oxumaq, dublyaj olunmayan filmlərə baxmaq və şüurlu motivasiya - bütün bunlar parlaq nəticələrə kömək edəcəkdir! Bildirdiyimiz kimi, psixoloqlarımızın araşdırması nəticəsində, mərkəzimizdə BAX GÖR TOXUN HİSS ET və ZEHNƏ HƏKK ET metodikalarından istifadə olunur. Həftədə 4 dəfə, hər dərs 120 dəqiqə davam edəcəkdir. Hər həftənin sonunda, həftə ərzində keçirilən mövzu haqqında, kinoteatr otağımızda alt sətirli filmlər izləniləcəkdir. Filmlər, sizin beyninizə həkk olunması üçün əvvəldən bir neçə Professorlar tərəfindən təhlil olunmuş filmlərdir. Filmə eyni səviyyədə olan bütün siniflər qatılacaqdır. Bu o deməkdir ki, siz həm yeni dostlar əldə edəcəksiniz, həm vitaminli, zehnə təsir edəcək şirələrdən içərək müəllimlərlə birgə film izləyəcəksiniz. Filmin sonunda, müəllim tələbələrlə film haqqında diskussiya edəcəkdir və növbəti həftə üçün, yeni ev tapşırığı veriləcəkdir.