Upper-Intermediate səviyyəsi demək olar ki, bütün sahələrdə ingilis dilində ünsiyyət üçün kifayət qədər ciddi bilik səviyyəsidir. Upper-Intermediate səviyyəsi orta səviyyədən yuxarı bir addım deməkdir. Bu səviyyəyə malik olan tələbələr, TOEFL və ya IELTS beynəlxalq imtahanlarına hazırlaşmağa başlaya bilərlər. Bu imtahanların sertifikatları xarici universitetlərə qəbul olmaq üçün kifayətdir. Bundan əlavə, kursun sonunda FCE imtahanından keçə və Upper-Intermediate səviyyəsində ingilis dilinizi təsdiqləyən beynəlxalq sertifikat ala bilərsiniz.
Upper-Intermediate səviyyəsinə çatan tələbələr, ingilis dilinin bütün əsas qrammatik quruluşları ilə artıq tanış olmuş olurlar. Tələbələr artıq eyni modal fellərdən, şərti cümlələrdən və s. istifadə etlməklə daha mürəkkəb cümlələri qura bilir və səlis xaricilərin danışıqlarını anlayır və eləcə də danışmaqa malik olurlar. Bildiyiniz bazadan istifadə edirsiniz lakin daha mürəkkəb bir qrammatikaya dair qeyri-müəyyənlik hiss edirsiniz;
Xarici ölkədə təhsil almaq istəyirsiniz lakin xaricilərin danışıq sürətini qavramırsınız.
Bildirdiyimiz kimi, psixoloqlarımızın araşdırması nəticəsində, mərkəzimizdə BAX GÖR TOXUN HİSS ET və ZEHNƏ HƏKK ET metodikalarından istifadə olunur. Həftədə 4 dəfə, hər dərs 90 dəqiqə davam edəcəkdir. Hər həftənin sonunda, həftə ərzində keçirilən mövzu haqqında, kinoteatr otağımızda alt sətirli filmlər izləniləcəkdir. Filmlər, sizin beyninizə həkk olunması üçün əvvəldən bir neçə Professorlar tərəfindən təhlil olunmuş filmlərdir. Filmə eyni səviyyədə olan bütün siniflər qatılacaqdır. Bu o deməkdir ki, siz həm yeni dostlar əldə edəcəksiniz, həm vitaminli, zehnə təsir edəcək şirələrdən içərək müəllimlərlə birgə film izləyəcəksiniz. Filmin sonunda, müəllim tələbələrlə film haqqında diskussiya edəcəkdir və növbəti həftə üçün, yeni ev tapşırığı veriləcəkdir