Intermediate English- Bildiyiniz intermediate səviyyəsi, dil biliyinin orta səviyyə olması deməkdir. Bəs sizin dil biliyinizin orta səviyyədə olub, olmadığını necə müəyyənləşdirmək olar?
Xarici dildə bilmə qabiliyyəti səriştəsinə görə, intermediate- B1 işarəsi ilə göstərilir. Orta səviyyədə dil biliyi əldə etmək üçün, İngilis dilində səlis danışmağı, bir çox peşə və gündəlik mövzuları müzakirə etməyi və İngilis dilində normal bir sürətlə söylənən hər şeyi qulaqla başa düşmək gərəkdir. B1 dil bilik səviyyəsi, xarici universitetlədə hazırlıq kurslarına qəbul imtahanlarına qatılmaqa imkan verir.
İntermediate səviyyəsini öyrənmək üçün səbəbləriniz
Əgər siz səlis danışmaq, danışığı dəstəkləyə bilmək, sözləri seçmək və rahat "danışmaq" istəyərsinizsə
Sizin yaxşı lüğət bazanız var, lakin xarici dil biliyi lüğətinizdən hər zaman asanlıqla istifadə edə bilmirsiniz
Xarici həmsöhbətin suallarını və qeyddəki İngilis nitqini düzgün başa düşmürsünüz
İngilis dilinin əsas qrammatikasını başa düşmürsünüz. Bildiyiniz bazadan istifadə edirsiniz lakin daha mürəkkəb bir qrammatikaya dair qeyri-müəyyənlik hiss edirsiniz;
Xarici ölkədə təhsil almaq istəyirsiniz lakin xaricilərin danışıq sürətini qavramırsınız.
Bildirdiyimiz kimi, psixoloqlarımızın araşdırması nəticəsində, mərkəzimizdə BAX GÖR TOXUN HİSS ET və ZEHNƏ HƏKK ET metodikalarından istifadə olunur. Həftədə 4 dəfə, hər dərs 90 dəqiqə davam edəcəkdir. Hər həftənin sonunda, həftə ərzində keçirilən mövzu haqqında, kinoteatr otağımızda alt sətirli filmlər izləniləcəkdir. Filmlər, sizin beyninizə həkk olunması üçün əvvəldən bir neçə Professorlar tərəfindən təhlil olunmuş filmlərdir. Filmə eyni səviyyədə olan bütün siniflər qatılacaqdır. Bu o deməkdir ki, siz həm yeni dostlar əldə edəcəksiniz, həm vitaminli, zehnə təsir edəcək şirələrdən içərək müəllimlərlə birgə film izləyəcəksiniz. Filmin sonunda, müəllim tələbələrlə film haqqında diskussiya edəcəkdir və növbəti həftə üçün, yeni ev tapşırığı veriləcəkdir